Yamal Mbappeni geridə qoydu - Yeni rekord

Yamal Mbappeni geridə qoydu -  Yeni rekord

Lamin Yamal (Lamine Yamal) Kilian Mbappeni (Kylian Mbappé, Kylian Mbappe) geridə qoyaraq UEFA Çempionlar Liqasında rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "DigiSport" (Digi Sport) yayıb.
Mənbənin məlumatına görə, "Barselona"nın (Barcelona) gənc ulduzu Yamal UEFA Çempionlar Liqasında növbəti uğura imza atıb.
İspaniyalı futbolçu "Qalatasaray"la (Galatasaray) qarşılaşmada iki məhsuldar ötürmə edərək turnirdə 25 qol töhfəsinə (qol və assist) çatan ən gənc oyunçu olub. Bununla da o, bu göstəricidə Mbappeni geridə qoyub.
"Barselona" bu görüşdə 4:1 hesablı qələbə qazanıb. O, bu göstəriciyə 19 yaş 92 günlük olarkən nail olub. Mbappe isə rekordu 20 yaş 306 günlük olarkən müəyyənləşdirmişdi.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər