Dünya nəhənglərindən Yıldıza böyük maraq - 150 milyon avro

Dünya nəhənglərindən Yıldıza böyük maraq -  150 milyon avro

İtaliyanın "Yuventus" (Juventus) klubunun gənc ulduzu Kenan Yıldız Avropa nəhənglərinin transfer siyahısında ilk sıralara yüksəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.

Məlumata görə, 21 yaşlı hücumçunu heyətinə qatmaq üçün "Real Madrid", "Arsenal" və "Bayern Münhen" (Bayern München, Bayern Munich) klubları arasında ciddi yarış başlayıb.

İngiltərə təmsilçisi "Arsenal"ın gənc hücumçu üçün 100 milyon avroya yaxın rəsmi təklif hazırladığı bildirilir. "Kral klubu" isə hücum xəttindəki rotasiyanı gücləndirmək məqsədilə futbolçunun durumunu yaxından izləyir. Yıldızın keçmiş klubu "Bayern Münhen" də gənc ulduzu yenidən Münhenə qaytarmaqda maraqlıdır.
Bununla belə, Turin təmsilçisi öz gənc ulduzunu asanlıqla buraxmaq niyyətində deyil. İtaliya klubu futbolçunun transfer qiymətini 150 milyon avro olaraq müəyyənləşdirib.
Qeyd edək ki, "Yuventus" ilə 2030-cu ilə qədər müqaviləsi olan Türkiyə milli komandasının üzvü hazırda zədə səbəbindən bərpa prosesindən keçir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər