PSJ-nin (Paris Saint-Germain) yarımmüdafiəçisi Vitinya (Vitinha) Kriştianu Ronaldu (Cristiano Ronaldo) ilə Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş (Jorge Jesus) arasında yaranan fikir ayrılığının aradan qalxacağına və ulduz futbolçunun yığmaya dönəcəyinə ümid etdiyini bildirib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu bu barədə PSJ-nin Çempionlar Liqasında “Mançester Siti”ni (Manchester City) 2:4 hesabı ilə məğlub etdiyi oyundan sonra danışıb.
Vitinya milli komandanın son toplanışının gərgin keçdiyini vurğulayıb. O, Ronaldunun yenidən yığmada çıxış etməsini arzuladığını və yaranmış problemin həllini tapacağına inandığını söyləyib.
"Milli komandadakı fasilə kifayət qədər qarışıq və emosional keçdi. Mən hər şeyin yaxşı nəticələnməsini, Ronaldunun geri qayıtmasını və problemin həll olunmasını istəyirəm. Düşünürəm ki, hamımız bunu arzulayırıq", - deyə Vitinya bildirib.
Qeyd edək ki, Kriştianu Ronaldu Norveçlə oyunda ehtiyatda saxlanıldıqdan sonra baş məşqçi Jorje Jezuşla yaşadığı fikir ayrılığı səbəbindən Portuqaliya millisinin düşərgəsini tərk edib. Daha sonra futbolçu komanda yoldaşlarından üzr istəsə də, məşqçini verdiyi sözə əməl etməməkdə ittiham edib.
Vitinyanın sözlərinə görə, komanda Ronaldonun geri dönməsini və mübahisənin müsbət sonluqla başa çatmasını istəyir.
Əlisahib İbrahimli