"Neftçi" "biz də varıq" şüarını davam etdirmək istəyir" - Vaqif Sadıqov

"Neftçi" "biz də varıq" şüarını davam etdirmək istəyir" -  Vaqif Sadıqov

Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ" ilə "Neftçi" üz-üzə gələcək. Əzəli rəqiblərin dueli prinsipiallıq daşıyır. Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bu matç çoxdandır gözlənilir. "Neftçi" hər oyun öz əvvəlki əzəmətini göstərir. Bu nailiyyətlərin davam etməsi üçün də çalışır. "Qarabağ" isə əvvəlki ruhu, oyun üslubunu geri qaytarmağa çalışır. Komandaya yeni futbolçuların gəlməsinə görə əvvəlki performansa qayıtmaq da bir az vaxt tələb edir. Belə maraqlı görüşlərin sayının artması yaxşıdır, çünki Azərbaycan futbolunun inkişafına da səbəb olur. Şanslar bərabərdir. Görüşün nəticəsi daha çox bacarıqlardan ibarət olacaq. "Neftçi" "biz də varıq" şüarını davam etdirmək istəyir. Əvvəl derbidə kimin qalib gələcəyini demək mümkün idisə, hazırda bu belə deyil".

Qeyd edək ki, tərəflər arasında görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 17 oktyabr saat 19:00-da səsləndiriləcək.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər