Debütantı qəbul edəcək "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət açıqlandı

Debütantı qəbul edəcək "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət açıqlandı
Misli Premyer Liqasının 8-ci turunda elitanın debütantı "Şəfa"nı qəbul edəcək "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
"Aslanlar"ın sözçüsü Yusif Hüseynlinin Fanat.Az-a verdiyi məlumata görə, baş məşqçi Azər Bağırov yalnız bir futbolçunun xidmətindən istifadə edə bilməyəcək:
"Braziliyalı mərkəz müdafiəçisi David Santos fərdi məşqlərə başlasa da, "Şəfa"ya qarşı oynamayacağı dəqiqdir. Hazırda heyətdə başqa zədəli və ya cəzalı futbolçu yoxdur".
Qeyd edək ki, "Şamaxı" - "Şəfa" matçı oktyabrın 16-da keçiriləcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti 15:00-da səsləndiriləcək. 7 tura 10 xal toplayan "bənövşəyilər" hazırda turnir cədvəlinin 7-ci, 3 xala malik "hepardlar" isə 11-ci pilləsində mövqe tutublar.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər