"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Barselona" (Barcelona) ilə oyundan sonra heyətdə dəyişikliklər etməyi planlaşdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "FotoMaç" yayıb.
Türkiyə mətbuatının məlumatına görə, mütəxəssis növbəti qarşılaşmada bəzi futbolçulara istirahət verməyi, digərlərinə isə şans yaratmağı düşünür.
Barış Alper Yılmazın dincəldilməsi, Renato Nyaqa (Renato Sanches) və Leroy Saneyə (Leroy Sané, Leroy Sane) isə oynamaq imkanı verilməsi ehtimal olunur.
Okan Burukun bu addımları komandanın sıx oyun qrafiki və futbolçuların fiziki vəziyyəti ilə əlaqələndirilir.
Əlisahib İbrahimli