"Sabah" komandasının özbəkistanlı futbolçusu Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Slaviya" (Slavia Praha, Slavia Prague) klubuna qarşı keçirilən və 2:0 hesablı qələbə ilə başa çatan ev matçından sonra media nümayəndələrinə açıqlama verib.
Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu qarşılaşma barədə fikirləri belə olub:
- Matç bizim üçün önəmli oldu. Qələbə qazanmaq istəyirdik. Buna səbəblərdən biri də görüşün Bakıda olması idi. Rəqibin aqressiv oyunu bizə çətinlik yaratdı. Görüşə hazır olan və analiz edən tərəf biz idik.
- Futbol komanda oyunudur. Siz də bu görüşdə fərqlənmək istəyərdiniz? Bunun üçün fürsətiniz də oldu.
- Mənim üçün ən vacib olan klubumun qələbə qazanmasıdır. Qol vursam, ancaq komandam uduzsa, bu mənim xoşuma gəlməz.
- Növbəti oyundan nə gözləyirsiniz?
- Bizi daha çətin qarşılaşma gözləyir. Buna görə də əvvəlcə rəqibi təhlil etməli, daha sonra isə oyuna ciddi hazırlaşmalıyıq. “Slaviya” ilə matça hazırlaşdığımızdan daha çox çalışmalıyıq. Çünki qarşıdakı görüşlər əvvəlkilərlə müqayisədə daha çətin keçəcək.
- "Sabah"ın neçə xal qazanmaq şansı var?
- Mən oyundan qabaq danışmıram. Biz 100 yox, 200 faiz matça hazır olacağıq. Hər bir metr üçün canımız və ürəyimizlə oynayacağıq.
- Özbəkistandan da dəstəklər var. Nə düşünürsünüz?
- Bu gün tribunada Özbəkistan bayraqları da var idi. Qardaşlar dəstəkləməyə gəlmişdi.
Əlisahib İbrahimli