İngiltərənin "Arsenal" klubu qış transfer dövründə Almaniyanın "Bayern Münhen" (Bayern München, Bayern Munich) komandasında çıxış edən Kim Min Ceni (Kim Min-jae) heyətinə qatmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Teamtalk" yayıb.
Mənbənin məlumatına görə, Cənubi Koreya millisinin üzvünə İngiltərənin digər təmsilçisi "Tottenhem" (Tottenham Hotspur) də maraq göstərir.
"Transfermarkt" portalında, 29 yaşlı müdafiəçinin bazar dəyəri 20 milyon avrodur. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Kim Min Ce Almaniya Bundesliqasında cari mövsüm üç qarşılaşmada meydanda olub.
Qeyd edək ki, müdafiəçi əvvəllər "Fənərbağça" (Fenerbahçe, Fenerbahce), "Napoli" kimi klublarda da çıxış edib.
Əlisahib İbrahimli