İngiltərə millisinin hücumçusu Harri Keyn (Harry Kane) "Bayern Münhen" (Bayern München, Bayern Munich) ilə yeni müqavilə imzalamağa razılıq verib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport" yayıb.
Məlumata görə, Tərəflər arasında razılaşmanın 2029-cu ilin yayına qədər qüvvədə olacağı bildirilir.
2023-cü ildə "Tottenhem"dən (Tottenham Hotspur) Münhen klubuna keçən 33 yaşlı futbolçu indiyədək "Bayern Münhen"in heyətində 156 oyunda 154 qol vurub. O, Almaniya klubunda iki dəfə Bundesliqa çempionluğu qazanıb, həmçinin Almaniya Kubokunun qalibi olub.
Hazırda müqavilənin uzadılması ilə bağlı əsas razılıq əldə edilib və klub sənədləşmə işlərini yekunlaşdırır. Hələlik yeni müqavilənin rəsmi imzalandığı açıqlanmayıb.
Əlisahib İbrahimli