Bu gün Misli Premyer Liqasında 8-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış günündə iki matç baş tutacaq.
Turun ilk oyunu Şamaxıda təşkil olunacaq. Bölgə təmsilçisi doğma meydanda "Şəfa"nı qonaq edəcək. Start fiti saat 15:00-da səsləndiriləcək oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.
Günün digər qarşılaşmasında "Sumqayıt" aşkar autsayder "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Vüqar Həsənliyə tapşırılan matç saat 19.00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” – “Sabah” və “Qarabağ” – “Neftçi” oyunları şənbə, “İmişli” – “Turan Tovuz” və “Kəpəz” – “Zirə” matçları bazar günü keçiriləcək.
Misli Premyer Liqası
8-ci tur
16 oktyabr
15:00. “Şamaxı” – “Şəfa” 1:2 (ikinci hissə)
Qollar: Jota, 65. - Elnur Cəfərov, 5. Rauf Hüseynli, 56-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov.
VAR: Elvin Bayramov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı. Şəhər stadionu.
“Şamaxı”: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes (Filipe Marques), 13. Rikardo Apolinario (Ricardo Apolinário, Ricardo Apolinario), 11. Ayman Bouali (Aymen Bouali), 3. Jota, 19. Abdullahi Şuaybu (Abdullahi Shuaibu), 4. Rui Paşeko (Rui Pacheco), 52. Abdul Raşid Mumini (Abdul Rashid Mumuni)
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə, 9.Tornike Axvlediani (Tornike Akhvlediani), 8. Teşaqer Dequ (Tesfager Degefu)
“Şəfa”: 12. Əlirza Müştəbazadə, 28. Murad Musayev (k), 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 6. Fərid Yusifli, 10. Dilan Mertens (Dylan Mertens), 18. Bafode Dansoko (Bafodé Dansoko), 17. Musa Quel (Musa Quele), 11. Andrey Draqu (Andrey Dragu), 34. Kristofer Mamenqi (Christopher Mamanqui)
Ehtiyat oyunçular: 97. Tiaqo Silva (Tiago Silva), 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 21. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 4. Maudo Jarjue (Maudo Jarjué), 8. Vlad Pop, 9. Luis Felipe (Luiz Felipe), 22. Umar Diav (Oumar Diouf)
19:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: Əkbər Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Sumqayıt. "SOCAR Polymer Arena".