Hacıağanı "Kəpəz"lə səfər matçında mümkün heç-heçə qane etməyəcək - AÇIQLAMA

Hacıağanı "Kəpəz"lə səfər matçında mümkün heç-heçə qane etməyəcək -  AÇIQLAMA
Ötən çempionat matçında "Şamaxı" ilə heç-heçə edən (1:1) "Zirə" 8-ci turda "Kəpəz"in qonağı olacaq. "Qartallar"ın yarımmüdafiəçisi Hacıağa Hacılı ilə əlaqə saxlayıb həm Şamaxı komandası ilə matç barədə fikirlərini öyrəndik, həm də Gəncə səfərində mümkün heç-heçənin onu qane edib-etməyəcəyini soruşduq.
Orta xətt oyunçusunun Fanat.Az-a açıqlaması belə oldu:
"Şamaxı"yla oyunda hucumameyilli futbolçularımızın coxu zədəli olduğu üçün hucumların qurulmasıbda çətinlik çəkirdik. Buna baxmayaraq, oyunun böyük bir qismini hücumda keçirdik. Qol vurmaq üçün xeyli sayda şansımız oldu. Təəssüf ki, yaxaladığımız fürsətlərdən yararlana bilmedik.
"Kəpəz"lə səfər matçının maraqlı keçəcəyini gözləyirik. Yeni stadionda gəncəli azerkeşlerin oyuna rəng qatacaqlaı dəqiqdir. Əlbəttə ki, bizi heç bir oyunda 1 xal qane etmir. Meydana qələbə üçün çıxacağıq".
Qeyd edək ki, "Kəpəz" - "Zirə" qarşılaşması oktyabrın 18-də reallaşacaq. Gəncə şəhər stadionunda baş tutacaq oyunun start fiti 18:30-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər