Bu gün Azərbaycan 1-ci Liqasında 5-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə 3 matç baş tutacaq.
İddialı komandalar məhz bu gün meydana çıxacaqlar. "Səbail" "Zaqatala"nın qonağı olacaq. Lider "Şahdağ Qusar" Şamaxıda "Xankəndi" ilə qarşılaşacaq. "Mingəçevir" isə doğma meydanda "Şimal"ı sınağa çəkəcək.
Qeyd edək ki, "Şahdağ Qusar" turnir cədvəlinə maksimum nəticə ilə başçılıq edir. "Səbail" 8 xalla ilk "üçlüy"ü qapayır.
Azərbaycan 1-ci Liqası
5-ci tur
15 oktyabr
15:00. “Zaqatala” – “Səbail”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Şamil İmanzadə
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. “Xankəndi” – “Şahdağ Qusar”
Hakimlər: Səbuhi Bayramov, Rəhman Aslanov, Vüqar Bayramov, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. “Mingəçevir” – “Şimal”
Hakimlər: Mahmud Bağırzadə, Rasim Axundov, Samir Qaracayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança)