"Oyunun ədalətli nəticəsi bu deyildi" - İsmayıl Kartal

"Oyunun ədalətli nəticəsi bu deyildi" -  İsmayıl Kartal
"Fənərbağça"nın (Fenerbahçe, Fenerbahce) baş məşqçisi İsmayıl Kartal UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Aston Villa"ya 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
Fanat.az xəbər verir ki, informasiyanı "Habertürk" yayıb.
Türkiyəli mütəxəssis qarşılaşmanın nəticəsini şərh edib:
"Matça baxanda düşünürəm ki, oyunun haqqı bu hesab deyildi. Futbolun ən yüksək səviyyəsində mübarizə aparırsınızsa, bu qədər sadə ötürmə səhvlərinə yol verməməlisiniz. Belə səhvlər edəndə rəqib sizi dərhal cəzalandırır. Bu oyunda da belə oldu. Qarşılaşmadan çox vacib dərslər çıxardıq. "Fənərbağça" camiəsi baxımından belə nəticə və hesab qəbulolunmazdır. İki-üç gün sonra bizi çempionatda çox vacib oyun gözləyir. Bu məğlubiyyəti bir kənara qoyub "Alanyaspor"la matça hazırlaşmalıyıq. Bu nəticəyə görə klubumuzdan və azarkeşlərimizdən üzr istəyirik. Belə bir məğlubiyyəti ağlımızdan belə keçirmirdik. Bu, qəbul edilə bilən nəticə deyil. Üzr istəyirik. Bu oyunu geridə qoymalı və qarşıdakı matça köklənməliyik".
Kartal fasilədə əvəzetmələri niyə etməməsinə də aydınlıq gətirib:
"Fasilədə bir-iki dəyişiklik etməyi düşünürdük. Nqolo Kante (N'Golo Kanté, N'Golo Kante) ilə danışdıq, o, oynaya bilməyəcəyini bildirdi. Buna görə dəyişiklik edə bilmədik. 62-ci dəqiqəyə qədər komandamız yaxşı reaksiya verirdi. Hər şey qaydasında gedirdi. Səhvdən sonra penalti təyin olundu və oyun nəzarətimizdən çıxdı".
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər