Mourinyu Arsen Vengerə çatdı - Yalnız üç məşqçi onu qabaqlayır

Mourinyu Arsen Vengerə çatdı -   Yalnız üç məşqçi onu qabaqlayır
Çempionlar Liqasının ikinci turu çərçivəsində səfərdə "Roma" ilə qarşılaşan "Real Madrid" 4:3 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, bu oyun "kral klubu"nun baş məşqçisi Joze Mourinyu (José Mourinho, Jose Mourinho) üçün əlamətdar olub.
Jurnalist Pedro Martinin (Pedro Martín) məlumatına görə, bu zəfər Mourinyunun Çempionlar Liqasında qazandığı 86-cı qələbə olub. Nəticədə o, "Arsenal"ın keçmiş baş məşqçisi Arsen Vengerə (Arsène Wenger, Arsene Wenger) çatıb.
Yalnız üç məşqçi daha çox qələbə qazanıb: Aleks Ferqyuson (102), Xosep Qvardiola (117) və Karlo Ançelotti (124).
"Real Madrid" Çempionlar Liqasının növbəti oyununu evdə "Leypsiq"ə (RB Leipzig) qarşı keçirəcək.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər