U-19 Liqasında V turun rəmzi komandası müəyyənləşib.
Fanat.Az xəbər verir ki, futbolçuların "Eyeball" platformasındakı performans göstəricilərinə əsasən turun ən yaxşı 11-liyi tərtib olunub.
Rəmzi heyətdə yer alan futbolçular klublar üzrə aşağıdakı kimidir:
"Qarabağ": Əli Abdullayev (8.0), Əbdüləziz Cabbarlı (8.4) və Viktor Çidioke (9.6)
"Neftçi": İsmayıl Səfərli (7.2) və Turan Məmmədov (8.7)
"Zirə": Kamal Rzayev (7.9), Tunar Həsənov (8.2) və Əhliman Süleymanzadə (8.5)
"Sabah": Murad Sultanov (8.6) və Əli Cəlilzadə (8.8)
Diqqətçəkən məqamlardan biri isə "Araz-Naxçıvan" klubundan heyətə yalnız 1 futbolçunun seçilməsidir. Naxçıvan təmsilçisinin yeganə nümayəndəsi rəmzi heyətdə yer alan Bəşir Əhmədov (8.7) olub.