Fransalı yarımmüdafiəçi Pol Poqba (Paul Pogba) karyerasını ABŞ-da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı “FootballTransfers” yayıb.
Məlumata görə, "Monako"dan (Monaco) ayrıldıqdan sonra azad agent statusunda olan 33 yaşlı futbolçunun MLS-ə keçidi ən real variantlardan biri hesab olunur.
Bildirilir ki, Poqbanın nümayəndələri ABŞ-ın bir neçə klubu ilə əlaqə saxlayıblar. "Di-Si Yunayted" (D.C. United), "İnter Mayami" (Inter Miami) və "Nyu-York Siti" (New York City) fransalı futbolçunun mümkün yeni ünvanları arasında göstərilir.
Bununla belə, Poqbanın bu klublardan hər hansı biri ilə konkret razılığa gəldiyi barədə məlumat yoxdur.
Qeyd edək ki, Poqba 2026-cı ilin avqustunda "Monako" ilə yollarını ayırıb. O, ötən mövsüm Fransa klubunun heyətində cəmi 6 rəsmi matçda meydana çıxıb.
Əlisahib İbrahimli