"Araz-Naxçıvan"ın "Sumqayıt"la oyun ərəfəsində itkiləri varmı?

"Araz-Naxçıvan"ın "Sumqayıt"la oyun ərəfəsində itkiləri varmı?
Misli Premyer Liqasının 8-ci turunda "Sumqayıt"ın qonağı olacaq "Araz-Naxçıvan"ın heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Naxçıvan təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, sözügedən kollektiv "kimyaçılar"la görüşə itkisiz hazırlaşır.
Hazırda heyətdə cəzalı və ya zədəli futbolçu olmadığı bildirilib.
Qeyd edək ki, "Sumqayıt" - "Araz-Naxçıvan" matçı oktyabrın 16-da keçiriləcək. "SOCAR Polymer Arena"da reallaşacaq görüşün start fiti 19:00-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər