"Barselona"nın (Barcelona) futbolçusu Lamin Yamal (Lamine Yamal) "Qalatasaray"ın (Galatasaray) yarımmüdafiəçisi Mario Lemina ilə bağlı açıqlamasına cavab verib.
Fanat.Az xəbər verir ki, ispaniyalı vinger UEFA Çempionlar Liqasında İstanbul klubunu 1:4 hesabı ilə məğlub etdikdən sonra sosial şəbəkədə paylaşım edib.
Daha əvvəl Yamalı tanımadığını deyən Lemina ilə bağlı gənc futbolçu belə yazıb: "İndi məni tanıdın?"
"Barselona"nın kapitanı Rafinya (Raphinha) da komanda yoldaşının paylaşımına şərh yazaraq ona dəstək olub: "Məncə, artıq səni tanıyır".
"Adidas"ın rəsmi hesabı da məsələyə münasibət bildirib: "Qardaşımız Yamalın kim olduğunu soruşdu və meydanda əsl dərs aldı".
Lemina isə daha sonra Yamalın paylaşımına cavab verib: "Əlbəttə, səni tanıyıram. Kiçik övladım sənə heyrandır. Təbrik edirəm".
Xatırladaq ki, Lamin Yamal "Qalatasaray"la oyunda iki məhsuldar ötürmə ilə fərqlənib və qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Əlisahib İbrahimli