"İnter Mayami" (Inter Miami) MLS-də müntəzəm mövsüm matçında "Nyu-York Siti"ni (New York City) məğlub edib (2:0).
Fanat.Az xəbər verir ki, hesabı 20-ci dəqiqədə German Berterame (Germán Berterame) açıb, Rodriqo de Paul (Rodrigo de Paul, Rodrigo De Paul) 45+5-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Florida təmsilçisinin argentinalı superulduzu Lionel Messi ardıcıl 5 oyundan (bunlardan 4-ü MLS-də) sonra ilk dəfə qol vura bilməyib. Hücumçu daha əvvəl 10 sentyabrda "Çikaqo Fayr"la (Chicago Fire) səfərdə 1:1 hesablı heç-heçə ilə başa çatan oyunda qol vura bilməmişdi.
"İnter Mayami" Şərq Konfransında 52 xalla ikinci, "Nyu-York Siti" isə 33 xalla 10-cu yerdədir. Bu qələbə "İnter Mayami"yə ardıcıl üçüncü il pley-offa vəsiqə qazandırıb.
Mirağa