DÇ: Azərbaycan millisi Slovakiyaya qalib gəldi

DÇ: Azərbaycan millisi Slovakiyaya qalib gəldi
Xorvatiyada 23 yaşadək minfutbolçular arasında təşkil olunan dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi bu gün mundialda növbəti oyununa çıxıb.
İlkin Hacıyevin baş məşqçisi olduğu komanda Slovakiya (Slovensko, Slovakia) yığması ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 3:2 hesabı ilə məğlub edib. Beləliklə, millimiz pley-offa vəsiqə qazanıb.
Reqlamentə əsasən, hər komanda Liqa mərhələsində 4 fərqli rəqibə qarşı 4 oyun keçirir. Mərhələnin bütün oyunları başa çatdıqdan sonra, 9 komandanın hamısı vahid ümumi turnir cədvəlində sıralanır. Yekun cədvəlində ilk dörd yeri tutan komandalar yarımfinallara vəsiqə qazanır: 1-ci yeri tutan komanda ilə 4-cü yerin sahibi, 2-ci yedə qərarlaşanla isə 3-cü pilləni tutan komanda ilə yarımfinal cütləri formalaşdırırlar. Yarımfinalların qalibləri finala vəsiqə qazanacaq. Yarımfinalda məğlub olan komandalar isə üçüncü yer uğrunda oyunda qarşılaşacaqlar.
Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi görüşlərdə Birləşmiş Ərəb Əmirlikləri (United Arab Emirates) və Çexiyaya (Česko, Czech Republic) qalib gəlib (hər ikisində 4:2), Rumıniya (România, Romania) ilə heç-heçə (3:3) edib. DÇ-nin final mərhələsində 9 komanda mübarizə aparır.
Minifutbol üzrə dünya çempionatı
15 oktyabr
Azərbaycan (U-23) - Slovakiya (U-23) 3:2
Xorvatiya. Mali Loşin.
Xal durumu: Serbiya (Srbija, Serbia) - 12 xal, Azərbaycan - 10, Rumıniya - 7, Macarıstan (Magyarország, Hungary) - 6, İngiltərə (England) - 4, Slovakiya - 3, Ukrayna (Ukraine) - 1, Çexiya - 0, Birləşmiş Ərəb Əmirlikləri - 0.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər