"Barselona"nın (Barcelona) gənc ulduzu "Qalatasaray"la (Galatasaray) 4:1 hesablı qələbədən sonra İstanbul təmsilçisinin azarkeşləri və oyunun gedişi barədə danışıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Türkiye Gazetesi" yayıb.
Yamalın (Lamine Yamal) açıqlaması belə olub:
"Çox çətin stadionda oynayacağımızı bilirdik. Bura səfərdə oynaya biləcəyimiz ən çətin məkanlardan biridir. Soyunub-geyinmə otağında da bu barədə danışmışdıq. Rəqibimizin necə təzyiq göstərdiyini və azarkeşlərin yaratdığı atmosferi müzakirə etdik. Qələbəyə görə çox xoşbəxtik. "Qalatasaray" keyfiyyətli komandadır".
O, həmçinin "Qalatasaray"ın ləğv edilən ikinci qoluna toxunaraq bildirib ki, həmin qol qeydə alınsaydı, "Barselona" üçün vəziyyət daha da çətinləşə bilərdi.
Yamal Entoni Qordonun (Anthony Gordon) qolundan əvvəl etdiyi qeyri-adi fəndi "yarım rabona" adlandırıb və hərəkətin öz-özünə alındığını söyləyib.
Əlisahib İbrahimli