“Liverpul” (Liverpool) sağ cinah müdafiəsini gücləndirmək üçün “Yuventus”un (Juventus) oyunçusu Pyer Kalulunu (Pierre Kalulu) transfer siyahısına əlavə edib.
Fanat.Az xəbər verir ki, Tuttomercatoweb.com saytının yaydığı məlumata görə, Mersisayd təmsilçisi Jeremi Frimponqa alternativ olaraq Pyer Kalulunu hədəf seçib.
Fransalı müdafiəçinin müxtəlif mövqelərdə oynamaq bacarığı “Liverpul” rəhbərliyinin diqqətini cəlb edib.
Digər tərəfdən, “Yuventus” ingilislərin marağına baxmayaraq 24 yaşlı futbolçu ilə uzunmüddətli yeni müqavilə bağlamaq və onu komandada saxlamaq üçün danışıqları davam etdirir.