"Sabahkı oyunda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik" - Ehtiram Şahverdiyev

"Sabahkı oyunda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik" - Ehtiram Şahverdiyev
1-ci Liqanın iddialılarından olan "Səbail" çempionatın 5-ci turu çərçivəsində səfərdə "Zaqatala" ilə üz-üzə gələcək. Qonaqların sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyevlə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Təəssüf ki, son oyunumuzda ("Karvan-Yevlax"la matç 1:1 hesablı bərabərliklə yekunlaşıb - red.) xal itkisinə məruz qaldıq. Amma buna baxmayaraq, ümidimizi itirmirik. Bütün gücümüzlə çalışırıq ki, növbəti oyunlarda qələbə qazanaq. Bizi Zaqatalada çətin matç gözləyir. Bu qarşılaşmaya da yaxşı hazırlaşmışıq. Sabahkı oyunda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, "Zaqatala" - "Səbail" qarşılaşması oktyabrın 15-də reallaşacaq. Zaqatala OİK stadionunda baş tutacaq matçın start fiti 15:00-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər