Misli Premyer Liqasının 8-ci turunda "Kəpəz"in qonağı olacaq "Zirə"nin oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Türkiyədə əməliyyat edilən braziliyalı yarımmüdafiəçi Ktataunun olmayacağı öncədən bəllidir. Bayere Lue (Bayéré Loué), Filipe Vieyra (Filipe Vieira) və İssa Cibrila (Issa Djibrilla) zədəlidir. Portuqaliyalı yarımmüdafiəçi Rikardo Martins (Ricardo Martins) isə cəzalı olduğu üçün görüşü kənardan izləyəcək".
Qeyd edək ki, "Kəpəz" - "Zirə" matçı oktyabrın 18-də keçiriləcək. Gəncə şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti 18:30-da səsləndiriləcək.
Nihat