"Sabah"ın ulduzuna qarşı oynamaq onun arzusu idi

"Sabah"ın ulduzuna qarşı oynamaq onun arzusu idi

UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçirilən "Sabah" - "Slaviya" (2:0) matçından sonra maraqlı və duyğulu anlar yaşanıb.

Fanat.Az xəbər verir ki, rəqib komandanın futbolçusu Oskar Kubiak matçdan sonra Timoteuş Puxaç (Tymoteusz Puchacz) ilə forma dəyişdirərək fotosunu paylaşıb. 

Polşalı gənc oyunçu sosial şəbəkə hesabında təcrübəli futbolçuya olan heyranlığını gizlətməyib. 

Kubiak paylaşımında "Bir neçə il əvvəl səni televizorda heyranlıqla izləyirdim, bu gün isə Çempionlar Liqasında sənə qarşı oynayıram, inanılmazdır, təşəkkür edirəm" sözlərini yazaraq Puxaça təşəkkürünü bildirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər