FIBA AK: "Neftçi" Latviya təmsilçisini yenə biləcək?

FIBA AK: "Neftçi" Latviya təmsilçisini yenə biləcək?
"Neftçi" basketbol komandası bu gün növbəti avrokubok oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Kostas Vasiliadisin baş məşqçisi olduğu "ağ-qaralar" FIBA Avropa Kubokunun 2-ci turu çərçivəsində Latviyanın VEF (VEF Rīga, VEF Riga) komandasını qəbul edəcək.
H qrupunda yer alan təmsilçimiz rəqibini "Sərhədçi"də sınağa çəkəcək. Oyun saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" ilk turda səfərdə Yunanıstan təmsilçisi "Mikonos"a (Mykonos) uduzub (58:78).
FIBA Avropa Kuboku
H qrupu, 2-ci tur
14 oktyabr
19:00. Neftçi (Azərbaycan) – VEF (Latviya)
Bakı. "Sərhədçi" İdman Kompleksi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər