Misli Premyer Liqasının 8-ci turunda "Qəbələ" ilə üz-üzə gələcək "Sabah"ın heyətində son durum bəlli olub.
Klubun sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, hazırda "bayquşlar"ın sıralarında cəzalı və ya zədəli futbolçu yoxdur.
O, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektivin "Qəbələ" ilə görüşə tam heyətlə hazırlaşdığını bildirib.
"Qəbələ" "Sabah"ı oktyabrın 17-də doğma meydanda qəbul edəcək. Qarşılaşmanın start fiti saat 16:00-da səsləndiriləcək.
Xatırladaq ki, "bayquşlar" 2 gün əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Slaviya"ya (Slavia Praha, Slavia Prague) 2:0 qalib gəlib.
Əlisahib İbrahimli