Yuri Vernidub onu "Qarabağ"a qarşı oynada bilməyəcək - AÇIQLAMA

Yuri Vernidub onu "Qarabağ"a qarşı oynada bilməyəcək - AÇIQLAMA
Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ"ın qonağı olacaq "Neftçi"nin oyuna neçə itki ilə çıxacağı açıqlanıb.
Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı məlumat verib:
"Müdafiəçi Murad Xaçayev zədə səbəbindən qarşıdakı matçda meydana çıxa bilməyəcək. Hazırda komandada başqa zədəli və ya cəzalı futbolçu yoxdur".
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması oktyabrın 17-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti 19:00-da səsləndiriləcək. Hər iki komandanın hesabında 16 xal var. Bakı təmsilçisi turnir cədvəlinin 1-ci, Ağdam komandası isə 3-cü pilləsində mövqe tutub. "Köhlənlər" 1 oyun az keçirib.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər