DÇ: U-23 millimiz mundialda BƏƏ ilə qarşılaşır

DÇ: U-23 millimiz mundialda BƏƏ ilə qarşılaşır
Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi 8 ölkənin yarışdığı mundialda bu gün növbəti oyununa çıxacaq.
İlkin Hacıyevin baş məşqçisi olduğu yığma Birləşmiş Ərəb Əmirlikləri (United Arab Emirates) seçməsi ilə qarşılaşacaq. Mali Loşin şəhərində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.
Qeyd edək ki, komanda ötən gün keçirdiyi görüşlərdə Rumıniya (România, Romania) ilə heç-heçə (3:3) edib, Çexiyanı (Česko, Czechia) isə üstələyib - 4:2. Milli növbəti matçını sabah Slovakiya (Slovensko, Slovakia) komandasına qarşı keçirəcək.
Minifutbol üzrə dünya çempionatı
14 oktyabr
11:00. Azərbaycan (U-23) - Birləşmiş Ərəb Əmirlikləri (U-23)
Xorvatiya. Mali Loşin.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər