"Sanki təkbaşına mübarizə aparırdı" - Nihat Kahveçi

"Sanki təkbaşına mübarizə aparırdı" -  Nihat Kahveçi

Nihat Kahveçi (Nihat Kahveci), "Fənərbağça"nın (Fenerbahçe, Fenerbahce) "Aston Villa"ya 0:6 hesabı ilə məğlub olduğu oyunu təhlil edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "NtvSpor" yayıb.

"Kontraspor" "YouTube" kanalında oyunu şərh edən Nihat Kahveçi, İstanbul təmsilçisinin milli oyunçusundan yüksək səviyyədə bəhs edib.

Kahveçinin fikirləri belədir:
"Vallah, belə olmaz! Qarşınızda "Aston Villa" var. Ötən il öz meydanınızda keçirilən oyunda, xüsusilə birinci hissədə yaxşı təsir bağışlayan komanda. Siz onlara meydanda istədiklərini etməyə imkan verirsiniz. Halbuki, rəqibin indiki heyəti əvvəlkindən daha zəifdir. Oğuz, sənə halal olsun. Mən olsam, onu ardıcıl on oyunda əsas heyətdə meydana çıxarardım. Bu gün sanki təkbaşına mübarizə aparırdı".
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər