Rəhman Daşdəmirov "Borussiya Dortmund"la matç barədə nə dedi?

Rəhman Daşdəmirov "Borussiya Dortmund"la matç barədə nə dedi?
"Sabah" klubunun müdafiəçisi Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Çexiyanın "Slaviya" (Slavia Praha, Slavia Prague) komandasına qarşı keçirilən və 2:0 hesablı qələbə ilə başa çatan ev matçından sonra jurnalistlərə açıqlama verib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı futbolçu qarşılaşma barədə fikirlərini bölüşüb:
- Hər kəsi təbrik edirəm. Çox sevincliyəm. Xalqımızı bu tarixi qələbə münasibətilə təbrik edirəm. Çempionlar Liqasında ilk ev matçımızda belə bir nəticə əldə etmək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qürur hissi keçirirəm və komandamla fəxr edirəm. Komanda yoldaşlarımı, baş məşqçimizi və hər kəsi təbrik edirəm. İlk ev oyununda bu cür qələbə qazanmağın sevincini sözlə ifadə etmək çətindir. Bir daha hamını təbrik edirəm.
- Rəqib komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Rəqib güclü təsir bağışladı. Onların da qol vurmaq üçün imkanları oldu, hətta real qol fürsətləri də əldə etdilər. Ancaq xoşbəxtik ki, sonda qalib gələn biz olduq.
- Qarşıdakı ev matçlarından hansı nəticələri gözləyirsiniz?
- Hesab edirəm ki, daha yaxşı nəticələr əldə etməyə layiqik. Növbəti görüşlərdə də mümkün qədər çox xal toplamaq və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Qələbə qazanmağımız bizə daha böyük motivasiya verir.
- Bir həftə sonra Almaniyanın Dortmund "Borussiya"sı (Borussia Dortmund) ilə qarşılaşacaqsınız. Həmin oyun barədə nə düşünürsünüz və gözləntiləriniz necədir?
- İlk növbədə səfərdə "Qəbələ" ilə görüşümüz olacaq. Hazırda diqqətimizi həmin matça yönəltmişik. Azərbaycan çempionatındakı oyundan sonra isə "Borussiya Dortmund"la görüşə hazırlaşmağa başlayacağıq.
- Çempionlar Liqasının növbəti üç ev matçında maksimum nəticə əldə edə biləcəyinizə inanırsınız?
- Qeyd etdiyim kimi, hər oyunda xal qazanmağı və qələbə əldə etməyi hədəfləyirik. İnanıram ki, qarşımıza qoyduğumuz məqsədlərə çata biləcəyik.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər