Xorvatiyada (Hrvatska, Croatia) 23 yaşadək minfutbolçular arasında təşkil olunan dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi bu gün mundialda növbəti oyununa çıxacaq.
İlkin Hacıyevin baş məşqçisi olduğu komanda Slovakiya (Slovensko, Slovakia) yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da start götürəcək.
Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi görüşlərdə Birləşmiş Ərəb Əmirlikləri (United Arab Emirates) və Çexiyaya (Česko, Czech Republic) qalib gəlib (hər ikisində 4:2), Rumıniya (România, Romania) ilə heç-heçə (3:3) edib. DÇ-nin final mərhələsində 9 komanda mübarizə aparır.
Minifutbol üzrə dünya çempionatı
15 oktyabr
13:40. Azərbaycan (U-23) - Slovakiya (U-23)
Xorvatiya. Mali Loşin.
Xal durumu: Serbiya (Srbija, Serbia) - 12 xal (4 oyun), Azərbaycan - 7, Macarıstan (Magyarország, Hungary) - 6, Rumıniya - 4, İngiltərə (England) - 4 (4 oyun), Slovakiya - 3, Ukrayna (Ukraine) - 1, Çexiya - 0, Birləşmiş Ərəb Əmirlikləri - 0.