Misli Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Sumqayıt"ın heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:
"Uzun müddətə sıradan çıxan Səbuhi Abdullazadə və Ceyms Almeydanın (James Almeida) durumu məlumdur. İki hücumçu - Rüstəm Əhmədzadə ilə Jeam Oliveyra (Jean Oliveira) da zədə səbəbindən bu qarşılaşmanı kənardan izləyəcəklər. Komandada cəzalı oyunçu yoxdur".
Qeyd edək ki, "Sumqayıt" - "Araz-Naxçıvan" matçı oktyabrın 16-da keçiriləcək. "SOCAR Polymer Arena"da reallaşacaq görüşün start fiti 19:00-da səsləndiriləcək.
Nihat