İngiltərə klubları De Yonqu transfer siyahısından çıxardı

İngiltərə klubları De Yonqu transfer siyahısından çıxardı
“Mançester Yunayted” (Manchester United) və “Çelsi” (Chelsea) Frenki de Yonqun (Frenkie de Jong) transferini prioritet hesab etmir.
Fanat.Az xəbər verir ki, “TEAMtalk” platformasının yaydığı məlumata görə, hər iki klub niderlandlı futbolçunu artıq əsas hədəf kimi görmür.
Hər iki klub əvvəllər De Yonqa maraq göstərsə də, hazırda onu ehtiyat variant kimi qiymətləndirir.
Futbolçunun tez-tez zədələnməsi “Mançester Yunayted” və “Çelsi”nin marağını azaldıb.
Bu səbəbdən De Yonqun qış transfer pəncərəsində Premyer Liqaya keçidi real görünmür.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər