"Mançetser Siti" məğlub olsa da, Holand rekorda imza atdı

"Mançetser Siti" məğlub olsa da, Holand rekorda imza atdı
PSJ (Paris Saint-Germain) UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda səfərdə "Mançester Siti"ni (Manchester City) 2:4 hesabı ilə məğlub edib.
Fanat.az xəbər verir ki, "Etihad" stadionunda keçirilən qarşılaşmada Fransa təmsilçisi ilk hissədə rəqib qapısından üç top keçirib. Dezire Due (Désiré Doué, Desire Doue) 13-cü, Usman Dembele (Ousmane Dembélé, Ousmane Dembele) 15-ci, Vitinya (Vitinha) isə 32-ci dəqiqədə fərqlənib.
İkinci hissədə Erlinq Holand (Erling Haaland) 53-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. Maqnes Akliuş (Maghnes Akliouche) 62-ci dəqiqədə PSJ-nin dördüncü qolunu vurub. Holand 75-ci dəqiqədə dubl edərək yekun hesabı müəyyənləşdirib.
"Reuters"in məlumatına görə, norveçli hücumçu bu görüşdə Çempionlar Liqasında 60 qol həddinə cəmi 60 matçda çataraq yeni rekorda imza atıb. O, bu göstəriciyə Lionel Messidən 20 oyun daha tez nail olub. Holand, həmçinin "Mançester Siti"nin Çempionlar Liqasındakı ən məhsuldar futbolçusu olub.
Bu qələbədən sonra PSJ turnirdə xallarını 6-ya çatdırıb. "Mançester Siti"nin aktivində isə 3 xal var.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər