"Sabah"la oyun ərəfəsində "Qəbələ" qapıçısını itirdi

"Sabah"la oyun ərəfəsində "Qəbələ" qapıçısını itirdi
Misli Premyer Liqasının 8-ci turunda "Sabah"ı qəbul edəcək "Qəbələ"nin heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədli məlumat verib:
"Portuqaliyalı qapıçı Artur Motta məşqdə zədələndiyi üçün bu matçda iştirak etməyəcək. Başqa zədəli və ya cəzalı oyunçu yoxdur".
Qeyd edək ki, "Qəbələ" - "Sabah" matçı oktyabrın 17-də keçiriləcək. Qəbələ şəhər stadionunda reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər