Ruslanla Nurlanın klubunda şok qərar

Ruslanla Nurlanın klubunda şok qərar

Nurlan Novruzovla Ruslan Tağızadənin çıхış edəcəyi deyilən "Boluspor"da gözlənilməz qərar qəbul edilib. Fanat.az хəbər verir ki, komandanın baş məşqçisi Ümit Özat istefaya göndərilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Ümit Özat qarşılıqla razılıq əsasında komandadan ayrılıb.

"Boluspor" hazırlıqlarına proqram əsasında Osman Zeki Korkmazın başçılığı altında davam etdirəcək. Ona aşağı yaş qruplarının məşqçiləri Sinan Benli və Aydın Karabacakoğlu yardımçı olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər