“Neftçi”nin futbolçusu Ruslan Qurbanov “Alanyaspor”la yoxlama oyunundan (1:1) sonra klubun rəsmi saytına açıqlama verib. Fanat.az xəbər verir ki, "ağ-qaralar"ın qolunun müəllifi bunları deyib:
“Alanyaspor”la oyun maraqlı alındı. Yaxşı oynadıq. Xüsusilə ilk hissədə çoxlu qol imkanlarımız oldu, sadəcə, bəxtimiz gətirmədi. Tədricən forma yığırıq, məşqlərdə var gücümüzlə çalışırıq. Çempionat oyunlarına hazırlaşırıq. Fikrimcə, Premyer Liqanın ilk turunun “Kəpəz”lə oyununadək hazır olacağıq”.
Fanat.az