Xorvatiya çempionatında XXVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" səfərdə meydana çıxıb.
Split təmsilçisi "İstra"nın qonağı olub. Matç "Hayduk"un 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan bu qarşılaşmada forma şansı qazanmayıb. Futbolçumuz ehtiyatda qalıb.
Qeyd edək ki, "Hayduk" 28 turdan sonra 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az