Avropa Liqasının ən məhsuldar futbolçularının siyahısı bəllidi. Pley-off mərhələsinin cavab oyunlarından sonra açıqlanan “10-luq”da Azərbaycan təmsilçisinin də futbolçusu var.
“Qarabağ”ın braziliyalı legioneri Reynaldo Silva siyahıda 8-cidi. Frankfurt “Ayntraxt”ına 1:2 hesabı ilə yenildikləri cavab oyununda qol vuran “sambaçı” qitəmiqyaslı turnirdə 5-ci dəfə fərqlənib. Təsnifat mərhələsinin oyunlarında “Qarabağ”ın bütün rəqiblərini cəzalandıran yarımmüdafiəçi 536 dəqiqəyə 5 qol sevinci yaşayıb. Braziliyalı bu sayda qol vuranlar arasında sonuncudu. Ümumilikdə 8 oyunçu 5 və daha çox qol vurub. Siyahı belədi:
1. Paulo Enrike (“Trabzonspor”, Türkiyə) – 7 (518 dəqiqə)
2. Georgi Qrozav (“Petrolul”, Rumıniya) – 6 (385)
3. Rayo (“Makkabi”, Hayfa, İsrail) – 6 (479)
4. Ömər Ər Rafiq (“Differdanj”, Lüksemburq) – 6 (518)
5. Ömər Damari (“Hapoel”, Təl-Əviv, İsrail) – 5 (320)
6. Leon Benko (“Rieka”, Xorvatiya) – 5 (422)
7. Marko Payxao (“Şlensk”, Polşa) – 5 (432)
8. Reynaldo Silva (“QARABAĞ”, AZƏRBAYCAN) – 5 (536)
Fanat.az