"Rəvan"dan ayrılan daha bir futbolçunun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, 24 yaşlı müdafiəçi karyerasını AZAL-da davam etdirəcək.
Qeyd edək ki, Şəhriyar 2012-ci ildə müqavilə ilə məxsus olduğu "İnter"dən AZAL-a icarəyə verilmişdi. "Təyyarəçilər"in heyətində 10 oyuna çıxan futbolçu 776 dəqiqə oynamışdı. 2012-ci ildən "Rəvan"da çıxış edən Rəhimov 31 oyunda 1 qola imza atıb. O, həmçinin "Ədliyyə" və "Karvan" klublarının formasını geyinib, U-17, U-19 və U-21 yığmalarında top qovub.
Fanat.az