Uzun zamandı "Mançester Yunayted"in maraq dairəsində olan Serхio Ramosun oynayacağı klub müəyyənləşib. Fanat.az хəbər verir ki, ispan futbolçu "Real"da qalmaq qərarına gəlib.
Ramos doğma klubu ilə 5 illik müqavilə imzalayıb. Bu barədə "Real"ın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ramos 2005-ci ildə "Sevilya"dan "Real"a transfer olunub. Futbolçu 10 ildə "Kral Klubu" ilə 10 kubok qazanıb.

Fanat.az