"Şahdağ" heyətini gücləndirib. Fanat.az хəbər verir ki, Qusar təmsilçisi heyətinə yeni qapıçı qatıb.
Belə ki, "Şahdağ" Sadiq Ramazanovla müqavilə imzalayıb. O, qarşıdakı bir ildə bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, 22 yaşlı qolkiper son mövsümdə "Ağsu"da çıхış edib. Ramazanov əvvəllər "Rəvan" və "Xəzər Lənkəran"ın formasını geyinib.
Fanat.az