Qvardiolaya 140 milyonluq təklif

Qvardiolaya 140 milyonluq təklif

"Mançester Siti" növbəti mövsümə Manuel Pelleqrini ilə başlamaq istəmir. 

Sport7.az xəbər verir ki, İngiltərə mətbuatı Pelleqrininin "Bavariya"nın çalışdırıcısı Xosep Qvardiola ilə əvəzlənə biləcəyini yazıb. 

Məlumatda bildirilir ki, İngiltərə təmsilçisi Qvardiolaya ildə 28 milyon avro ödəməyə hazırdı. "Mançester Siti" rəhbərliyi onunla 5 illik müqavilə bağlamaq niyyətindədi. Bu baş versə, son Almaniya çempionu 5 ilə 140 milyon avro qazanacaq.

Qeyd edək ki, "Bavariya"nın canlı əfsanələrindən olan Stefan Effenberq də geridə qalan günlərdə açıqlamasında 44 yaşlı çalışdırıcının növbəti mövsümdə münhenlilərin "sükanı arxasında" olmayacağını iddia etmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər