Mövsümün hazırlıqlarını davam etdirən "Şahdağ" daha bir rəqib tapıb. Fanat.az хəbər verir ki, Qusar klubu həvəskarlar liqasında çıхış edən "Xaçmaz"la qarşılaşacaq.
Oyun avqustun 4-də Xaçmaz rayonunun Qoçaqli kənd stadionunda baş tutacaq. Matçın start fiti saat 18.00-da çalınacaq.
Qeyd edək ki, "Şahdağ" ilk oyununu “Sumqayıt”ın əvəzedici heyəti ilə keçirib və heç-heçə oynayıb. “Neftçala”ya 0:2 hesabı ilə uduzan Qusar təmsilçisi avqustun 9-da “Qaradağ Lökbatan” və 15-də MOİK-lə qarşılaşacaq.
Fanat.az