"Rəvan"ın darmadağınını görən hakim millimizin oyununda

"Rəvan"ın darmadağınını görən hakim millimizin oyununda

19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AVRO-2017-nin seçmə mərhələsinin Bakıda keçiriləcək Azərbaycan - Türkiyə matçının hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, millimizin qardaş ölkə təmsilçisi ilə görüşünü estoniyalı hakimlər idarə edəcək.

Belə ki, qarşılaşmanın baş hakimi Eyko Saar təyin olunub. Bu komandalar arasındakı oyun sabah - noyabrın 12-də "Bayıl Arena"da keçiriləcək və saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Eiko Saar bizim üçün tanış hakimdi. Belə ki, o, 2013/14 mövsümündə "Xəzər Lənkəran"ın Avropa Liqasında Maltanın "Sliema" klubu ilə səfər oyununu idarə edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Estoni referi həmin oyunda "Xəzər Lənkəran"dan Elnur Alllahverdiyevə qırmızı, Alvaro Silva və Marçin Orsuliçə sarı vərəqə göstərib. O, həmçinin 2009/10 mövsümündə Avropa Liqasında keçirilmiş "Bazel (İsveçrə) - "Bakı" matçının dördüncü hakimi olub.

Saar sentyabrın 29-da UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Spartak" (Moskva) və "Rəvan"ın U-19 komandası arasındakı oyunu idarə etmişdi. Həmin görüşdə futbolçularımız 0:4 hesablı məğlubiyyətlə üzləşmişdilər. Referi həmin oyunda "Rəvan"dan Ürfan İsmayılov, Turan Babayev və Mirkamil Əliyevə sarı vərəqə göstərmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər