Hazırlıqlarını davam etdirən "Rəvan" daha bir yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, Bakı təmsilçisi Gürcüstanın "Sioni" klubu ilə qarşılaşıb.
Tiflisdəki "Saburtalo” stadionunda baş tutan oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. "Rəvan"ın qoluna Ramazan Abbasov imza atıb.
Fanat.az