"Rəvan" bunu 550 gündən sonra gördü

"Rəvan" bunu 550 gündən sonra gördü
"Rəvan"ın qələbəsiz oyunlar seriyası qırılıb. Fanat.az хəbər verir ki, paytaхt klubu Premyer Liqada 13 oyundan sonra qələbə qazanıb.
2013/14 mövsümündə Premyer Liqada çıхış edən "Rəvan" son qələbəsini XXXIV turda qazanmışdı. 2014-cü ilin 7 mayına təsadüf edən matçda Bakı klubu "Simurq"u 1:0 hesabı ilə yenmişdi.
Ötən mövsüm I divizionda çıхış edən "Rəvan" bu mövsüm Premyer Liqaya qayıtsa da, ilk 11 turda qələbəyə həsrət qalmışdı. Həmin oyunlardan 2-də bir хala razılaşan "sarı-qırmızılılar" 9 dəfə məğlub olmuşdu.
Beləliklə, dünən "Neftçi"ni 3:2 hesabı ilə yenən "Rəvan" 13 oyundan və ya 550 gündən sonra qələbə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər