Bavariyanın baş məşqçisi Xosep Qvardiolanın "Bavariya"dakı taleyinə mövsümün sonunda aydınlıq gələcək.
Sport7.az xəbər verir ki, ispaniyalı mütəxəssislə klub arasında yeni müqavilə imzalanacağı gözlənilir.
Bu barədə son çempionun idarə heyətinin sədri Karl-Hainz Rummenigge açıqlama verib. Klubun rəsmi saytına danışan Almaniya millisinin sabiq hücumçusu açıqlamasında mövsümün sonunda müqaviləsi başa çatacaq Qvardiola ilə danışıq masasına oturacaqlarını bildirib: "Baş məşqçimiz kimi çox rahatam. Mövsümün sonunda Qvardiola ilə danışıq aparacağıq. Görüşün nəticəsi nə olursa olsun, bunu ictimaiyyətə bildirəcəyik".
Qeyd edək ki, ispaniyalı çalışdırıcının adı İngiltərənin "Mançester Siti" klubu ilə yanaşı hallanır.
Fanat.az