"Everton", "Seltik" və "Reyncers"in üzvləri millimizlə oyuna gəlir

"Everton", "Seltik" və "Reyncers"in üzvləri millimizlə oyuna gəlir

17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Şotlandiya yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Skot Qemmil Bakıya 18 oyunçu gətirəcək.

Yekun siyahıda iki qolkiper, beş müdafiəçi, altı yarımmüdafiəçi və beş hücumçu yer alıb. Onlardan 14-ü yerli çempionatda - "Reyncers" (6 futbolçu), "Seltik" (3), "Harts" (1), "Falkirk" (1), "Sent Mirren" (1), "Kilmarnok" (1) və "Aberdin" (1) klublarında oynayır.

Baş məşqçi 4 legionerə dəvət göndərib. Belə ki, İngiltərənin "Vest Bromviç", "Middlsbro", "Everton" və "Ridinq" klublarının hərəsinin 1 üzvü ölkəmizə gələcək.

Qapıçılar: Aydan MakAdams (Seltik), Kiran Rayt (Reyncers).

Müdafiəçilər: Aydan Uilson (Reyncers), Daniel Baur (Harts), Toni Qallaxer (Falkirk), Den Meredit (Vest Bromviç, İngiltərə), Liam Heqarti (Middlsbro, İngiltərə).

Yarımmüdafiəçilər: Cek Tomson, Liam Bart (ikisi də "Reyncers"), Kayl MakAllister (Sent Mirren), Brok Vatson (Seltik), Freyser Hornbi (Everton, İngiltərə), Cordan Holsqrouv (Ridinq, İngiltərə).

Hücumçular: Zak Rudden, Cek Adamson (ikisi də "Reyncers"), Cek Aytçison (Seltik), Lüis Morrison (Kilmarnok), Konnor MakLennan (Aberdin).

Qeyd edək ki, millimiz A qrupunda son matçını Şotlandiya yığmasına qarşı keçirəcək. Görüş mayın 11-də saat 16.00-da başlayacaq və "Bakcell Arena"da keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər